Fənlər üzrə hazırlıq kursları keçirilib
14:14 18 May 2019
Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının növbəti dərsi keçirilib.
DİM-dən Femida.az-a verilən məlumata görə ,kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər.
Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi olub. Moderatorlar kurs iştirakçılarının təqdimatları barədə fikir və təkliflərini bildiriblər. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar moderatorlar tərəfindən cavablandırılıb.
Kimya, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən isə kalibrləmə prosesi keçirilib. Növbəti dərslərdə müzakirələr davam etdiriləcək.
Femida.az
Oxunub: 490
Oxşar xəbərlər
- Dörd fənn üzrə MİQ nəticələri elan olundu
- Bu gün IX və XI sinif şagirdləri "Azərbaycan dili" fənnindən imtahan verəcək
- Məktəblərdə bu fənnin tədrisi dayandırılacaq
- 5 məktəbli beynəlxalq fənn olimpiadasının qalibi oldu
- Fənn olimpiadalarına hazırlaşmaq asanlaşacaq - Proqramlar əvvəlcədən portala yerləşdiriləcək
- Fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
- Azərbaycan dili fənni üzrə keçirilən test imtahanı yekunlaşıb
- Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib
- İmtahan nəticələri açıqlandı
- “Azərbaycan dili” fənnindən imtahan nəticələri açıqlanıb