Bu il Azərbaycanda 430 minik avtomobili istehsal olunub

Bu il Azərbaycanda 430 minik avtomobili istehsal olunub


15:36     18 May 2019 2019/05/avto_xezer_1558168707.jpg

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, maşın və avadanlıqların istehsalı 12,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2% artıb.

Dövr ərzində 451 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 10,7% azdır.

Bu ilin birinci rübündə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2%, mancanaq dəzgahlarının istehsalı 9,7% artıb.

Femida.az

Açar sözlər: avto  

Oxunub: 232