Rabitə xidmətlərinin gəliri artıb


12:34     18 May 2019 elektron2.jpg

Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri 637 milyon manatlıq xidmət göstərib ki, onun da 71,7 faizi əhali tərəfindən istehlak olunub.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,8 faizi və ya 272,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 519