Axtarışda olan 28 nəfər saxlanılıb - Ötən günün cinayətləri


12:46     18 May 2019 omurluk%20hebs.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 12 cinayətin üstü “isti izlər”lə açılıb.


DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Polis   #Qətl   #Narkotik  

Oxunub: 332