Gədəbəydə maskalı şəxslər apteki soydu - FOTOLAR

Gədəbəydə maskalı şəxslər apteki soydu - FOTOLAR


13:19     18 May 2019 2019/05/əsas_4674510888.png

Gədəbəy şəhərindəki apteklərin birindən oğurluq edilib.


Femida.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, Slavyanka kənd sakini R.Həsənova məxsus aptekdən mayın 7-nə keçən gecə 3080 manat pul oğurlanıb. Cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar. Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.





Femida.az

Açar sözlər:

Oxunub: 159