Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb


15:55     18 May 2019 2019/05/ce22df47-43bf-4afc-a6d7-ec6d4b75e4c0_1558170878.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlayıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu kateqoriyadan olan 90 nəfər şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Tədbir “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlarınsosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir.

Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.

Bu məqsədlə cari ilin yaz-yay mövsümündə 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #ƏLİL  

Oxunub: 185