İranda tayfa davası - 3 nəfər öldü


16:27     18 May 2019 19_05_18_1558171242.jpg


İranın qərbində yerləşən Lorestan vilayətinin Xürrəmabad rayonunda tayfa daxilində qarşıdurma baş verib. Trend-in məlumatına görə, insident nəticəsində 3 nəfər ölüb.


Hadisə barədə açıqlama verən İranın Lorestan vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Rza Şiravəjən qarşıdurma zamanı daha 3 nəfərin isə yaralandığını qeyd edib.

R.Şiravəjən əlavə edib ki, ötən gün baş verən hadisə ilə əlaqədar 30 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Iran  

Oxunub: 350