Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti ilə görüşüb
13:50 18 May 2019
Xarici işlər naziiri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Milli Assambleyasının vitse-prezidenti Karol Büro-Bonar və Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun prezidenti Pyer-Alan Rafan ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Fransa arasında parlamentlərarası əməkdaşlığın hazırkı səviyyəsi, o cümlədən siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.
Tərəflər Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyətinin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayaraq, bundan sonra da münasibətlərin sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildiriblər.
Görüş zamanı, həmçinin Azərbaycanla Fransa arasında gündəlikdə duran cari məsələlər barədə tərəflər arasında müzakirələr aparılıb.
Femida.az
Oxunub: 365
Oxşar xəbərlər
- Məmmədyarov Aronyanı yenərək, liderliyini qorudu
- Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışdı
- Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
- Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov tacikistanlı həmkarı ilə telefonla danışdı
- Məmmədyarov səudiyyəli həmkarı ilə telefonla danışdı
- Məmmədyarov və Mnatskyan arasında videogörüş keçirilir
- Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
- Məmmədyarov beynəlxalq konfransda Ermənistanı ittiham etdi
- Məmmədyarov və Mnatsakanyan arasında görüş tarixi və yeri açıqlandı