Yazıçı Hüseyn İbrahimovun 100 illik yubileyi ilə bağlı sərəncam
17:59 18 May 2019
Prezident İlham Əliyev Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2019-cu ilin may ayında Azərbaycanın Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.
Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Oxunub: 564
Oxşar xəbərlər
- Yazıçı Əfqan vəfat edib
- Yazıçılar Birliyinin növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək
- Yazıçı Mahmud Ağakişiyev dəfn edilib
- Yazıçı Bıkov beyin infarktı keçirib
- Yazıçı Anarın doğum günüdür
- Yazıçılar Birliyinə 800 min manat ayrılıb - SƏRƏNCAM
- Yazıçı Anar Prezidentdən bunları xahiş etdi
- Yazıçılar Birliyində yeni qurum yaradıldı
- Yazıçımız təltif olundu
- Yazıçı Anarın qızına yeni vəzifə verildi