Ticarət mərkəzindəki yanğında 2 FHN işçisi xəsarət alıb


22:45     18 May 2019 fhn.jpg

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verən yanğının söndürülməsində iştirak edən 2 nəfər FHN işçisi tüstüdən boğulma ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Bu barədə Femida.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Bununla da yanğında zərər çəkərək xəstəxaya yerləşdirilənlərin sayı 6-ya çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 397