Bakıda yanmış qadın meyiti tapıldı


09:50     19 May 2019 19_05_19_1558243264.jpg

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Açar sözlər:

Oxunub: 374