Novxanıda yanğın: 5 nəfər xilas edildi


12:10     19 May 2019 19_05_19_1558253493.jpg

Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, “Land Rover” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.



Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin ikinci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 314