Rayonlara dolu yağacaq - Sabahın havası
13:16 19 May 2019
zirliyi 20 mayda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.
Femida.az
Oxunub: 424
Oxşar xəbərlər
- Rayonlara dolu yağıb
- Rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
- Rayonlara avtobusla gediş-gəliş bərpa olunur
- Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - AÇIQLAMA
- Rayonlara qar yağacaq - PROQNOZ
- Rayonlara gediş-gəliş bərpa olundu
- Rayonlara gediş-gəliş açılmayacaq
- Rayonlara gediş-gəlişin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
- Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
- Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ