Gimnastlarımız 6-cı oldu


13:52     19 May 2019 2019/05/43B0F4EC-83D8-4CB6-8F64-794A89EEDCDC_1558259645.jpeg

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının sonuncu – dördüncü gününə start verilib.

Femida.az xəbər verir ki, bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi çempionatında çıxışını başa vurub.

Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadədən ibarət kollektiv finalda halqalar ilə kompozisiyada bacarıqlarını nümayiş etdiriblər.

Komanda 21.500 xal toplayaraq yarışı 6-cı pillədə başa vurub. Rusiya gimnastları 24.450 xalla birinci, Ukrayna 23.400 xalla ikinci, Belarus isə 23.250 xalla üçün olub.

Qeyd edək ki, bu gün fərdi proqramda mübarizə aparan Zöhrə Ağamirova finalda halqa və gürzlərlə çıxış edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 341