DİM-də ingilis dili imtahanları keçirilib


14:18     19 May 2019 2019/01/dim_yeni_1548059111.jpg

Dövlət İmtahan Mərkəzində (DİM) “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib.

DİM-dən Femida.az -a verilən məlumata görə, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti “TOEFL” imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/

Femida.az

Açar sözlər:

Oxunub: 331