Abşeronda Land Rover yanıb

Abşeronda "Land Rover" yanıb


14:42     19 May 2019 yangin_masin_456.jpg

Abşeron rayonunun Novxanı kəndində "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 183