Şamaxıda "Mercedes" aşıb, iki nəfər ağır xəsarət alıb


17:19     19 May 2019 qeza_yeni.jpg

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Mərzəndiyə kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Sabirabad sakini, 1994-cü il təvəllüdlü Əsədov Rəşad Qismət oğlu və Bakı sakini 1995-ci il təvəllüdlü Babayev Famil Vaqif oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 324