AVRO-2020-də ən ucuz biletlər Bakıda olacaq
19:22 19 May 2019
UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinin biletlərinin qiymətlərini açıqlayıb.
Ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununadır.
Bu qarşılaşmalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 12 avroyadır.
Sankt-Peterburqda (Rusiya) təşkil olunacaq qrup oyunları 50 - 185 avroya, 1/4 final matçı isə 75 - 225 avroya olacaq.
Ən bahalı bilet isə Londonda (İngiltərə) keçiriləcək final matçınadır - 945 avro.
51 oyundan 44-nə biletləri 50 avroya almaq mümkündür.
Satışın ilkin mərhələsi 12 iyunda başlanacaq və gələn ilin 12 iyulunadək davam edəcək. Geniş publikaya 1,5 milyon bilet satılacaq.
Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər.
Qeyd edək ki, Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Bakı, Buxarest, Budapeşt, Sankt-Peterburq və Londondan əlavə, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Münhen (Almaniya) və Roma (İtaliya) da təşkilatçı şəhərlər olacaq.(report.az)
Femida.az
Oxunub: 539
Oxşar xəbərlər
- Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü
- Azərbaycan, Türkiyə və UEFA prezidentləri Türkiyə -Uels matçında - FOTO
- UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi
- "Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
- UEFA Millətlər Liqasının oyununu ləğv edib
- "Qarabağ" UEFA-ya rəsmi müraciət ünvanladı
- UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri ilə bağlı qərarını açıqlayıb
- AVRO-2020 ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub
- UEFA Azərbaycan klublarının borcunu açıqladı: 20 milyon avro
- UEFA "Qarabağ"ın hesabına 260 min köçürüb