Misir piramidaları yaxınlığında partlayış: Turistlər yaralandı


20:52     19 May 2019 19_05_19_1558282720.jpg

Misirdə güclü partlayış baş verib. Trend-in məlumatına görə, hadisə Yeni Milli Muzeyin yaxınlığında olub.

Məlumata əsasən, insident nəticəsində 14 nəfər yaralanıb. İlkin məlumatlara görə, partlayıcı turist avtobusunun yaxınlığında isə düşüb.

Xəsarət alanların Misir və Cənubi Afrika vətəndaşları olduğu bildirilir.

Qeyd edək ki, Misirin Yeni Milli Muzeyi Qiza piramidaları kompleksinin yaxınlığında yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 390