Şamaxıda maşın aşdı - 3 yaşlı uşaq öldü+Foto


21:12     19 May 2019 19_05_19_1558285374.jpg

Şamaxıda ağır yol qəzası baş verib.

Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şamaxı-Pirqulu yolunun Qızmeydan kəndi ərazisindən keçən hissəsində “Vaz 2107” markalı avtomobil dərəyə aşıb. Nəticədə bir neçə dəfə yuvarlanan maşındakı 3 yaşlı oğlan uşağı dünyasını dəyişib.

Avtomobilin sürücüsü və digər sərnişinlər yaralanıblar. Ölən və yaralananların şəxsiyyəti müəyyən edilir.

Qeyd edək ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.



Femida.az

Açar sözlər:

Oxunub: 1077