Azərbaycan xəritəsi ilə bağlı səhvə görə açıqlama tələb edildi


22:16     19 May 2019 19_05_19_1558289888.jpg

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Femida.az xəbər verir ki, müraciət ötən gün "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik", - deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər: #xəritə  

Oxunub: 1145