Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTO


10:15     20 May 2019 19_05_20_1558332964.jpg

Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bağırov mayın 17-dən itkin düşüb.


Bu barədə gəncin atası “Facebook” səhifəsində yazıb. O, naməlum səbəbdən itən oğlundan 2 gündür xəbər ala bilmədiklərini və polisə müraciət etdiyini qeyd edib.

Gəncə Şəhər Polis İdarəsindən ONA-ya faktı təsdiqləyiblər.

Açar sözlər:

Oxunub: 457