Göyçayda külək evlərin damını uçurdu, ağacları aşırdı


10:54     20 May 2019 guclu%20kulekkkk%2021.jpg

Ölkə ərazisində baş verən güclü külək Göyçayda ciddi fəsadlar törədib.



Femida.az xəbər verir ki, bu barədə Trend-ə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.

Onun sözlərinə görə, əsən güclü külək nəticəsində çoxlu sayda ağaclar qırılıb: "Ağacların əksəriyyəti evlərin hasarlarına, avtomobil yollarına aşaraq ciddi maneələr yaradıb. Bir neçə evin dam örtüyü uçub, bir çardaq və bir avtomobil qarajının üzərinə ağac düşüb".

Komissiya sədri deyib ki, kəndlərin 80 faizində elektrik enerjisinin verilişi dayanıb: "Demək olar ki, rayonun 70-80 faizində elektrik xətləri qırıldığı üçün hazırda işıq yoxdur".

Hazırda komissiya yerlərdə ev və obyektlərə baxış keçirir, dəymiş ziyan müəyyənləşdirilir. Xoşbəxtlikdən insan tələfatı baş verməyib.

Femida.az

Açar sözlər: #Külək   #Göyçay  

Oxunub: 340