Zelenski and içir - CANLI YAYIM


11:09     20 May 2019 2019/05/zelen_1558336322.jpg

Ukrayna Ali Radasında ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.

Femida.az xəbər verir ki, Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər.

Andiçmə mərasimində təxminən 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri iştirak edirlər.

Andiçmə başa çatdıqdan sonra Mariinski Sarayında Ukraynanın Silahlı Qüvvələrinin iştirakı ilə dövlət bayrağının qaldırılması mərasimi və xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçiriləcək.



Femida.az

Açar sözlər: #Zelenski  

Oxunub: 804