Nikol Paşinyan etiraz aksiyasına qoşulub
11:18 20 May 2019
Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Yerevanın Mərkəz rayonundakı məhkəmə binasının qarşısına toplaşan etirazçılara qoşulub.
Femida.az xəbər verir ki, məlumatı “Newsarmenia” yayıb.
“Çağırışıma səs verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Hamınıza baş çəkə bilmədiyim üçün məni bağışlayın. İslanmadığınıza, islansanız da xəstələnməyəcəyinizə ümid edirəm. Gəldim ki, sizi sevdiyimi və sizinlə fəxr etdiyimi deyim”, - Nikol Paşinyan vurğulayıb.
O əlavə edib ki, yerli vaxtla saat 12-də edəcəyi çıxışında vacib olanları söyləyəcək.
Qeyd edək ki, Ermənistanda məhkəmə binalarının qarşısında etiraz aksiyaları keçirilir. Binalara giriş-çıxışlar bağlanıb.
Oxunub: 352
Oxşar xəbərlər
- Nikol Paşinyan Moskvada işgüzar səfərdədir
- Nikolayev şəhərində güclü partlayış baş verib
- Nikol Paşinyan martda Türkiyəyə səfər edəcək
- Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qalib gəlib
- Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpasından danışıb
- Nikol Paşinyanın istefasını tələb edən daha bir general işdən çıxarılıb
- Nikol Paşinyan Parisdə təhqir edildi
- Nikol Paşinyan istefa verəcəyi tarixi açıqladı
- Nikol Paşinyanın tərəfdarları qadın jurnalistə hücum çəkdi
- Nikol Paşinyanın atası öldü