Ermənistanda yeni etirazlar - Məhkəmə hakimini belə yıxdılar (VİDEO)


11:33     20 May 2019 19_05_20_1558337643.jpg


Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb.

Femida.az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robetr Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşıblar.

Paşinyan ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Bu gün səhər Yerevanda məhkəmə binalarına girişi bağlaması zamanı insident baş verib. Etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb.



Xatırladaq ki, eks-prezident Robert Köçəryanın zaminə buraxılmasından sonra Paşinyan Ermənistanda inqilabın “ikinci mərhələsini” başlatdığını elan edib. O, tərəfdarlarını bütün məhkəmə binalarında giriş-çıxışı bağlamağa çağırıb, bildirib ki, məhkəmə sistemində inqilabi qərarlar verəcək.

Femida.az

Açar sözlər: #Ermənistan   #Paşinyan   #məhkəmə  

Oxunub: 437