Azərbaycanda 70-ə yaxın kənd işıqsız qalıb
11:35 20 May 2019
Güclü külək İsmayıllı rayonuna ziyan vurub.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.
Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayon ərazisində Elektrik təsərrüfatına ciddi ziyan dəyib: "Elektrik xətləri qırılıb. Şəhər ərazisində işıq olsa da, 70-ə yaxın yaşayış məntəqəsinə elektrik enerjisi verilmir. Hələlik evlərə ziyan dəyməsi barədə məlumat daxil olmasa da, təsərrüfat obyektlərində dağıntı olması barədə müraciətlər var. Hazırda komissiya müraciətləri araşdırır".
R.Ağayev bildirib ki, hazırda hava şəraiti sabitdir.
Oxunub: 272
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib