22 buynuz qişa transplantantı ölkəyə gətirilib - FOTOLAR


12:40     20 May 2019 2019/05/buynu-4675019985_1558341740.jpg

Üç gün MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ilk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb. Hətta ilk dəfə regionlarda – akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib. Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.





Femida.az

Açar sözlər:

Oxunub: 411