Narkotik yetişdirən Buzovna sakini saxlanılıb
13:32 20 May 2019
Buzovna qəsəbəsi sakinin evindən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub.
DİN-dən Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.
Faktla bağlı 1-ci Polis Şöbəsində Ş.Əliyev barəsində toplanan material araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 787
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb