"Diqlas"ın söküntüsü başlandı


14:57     20 May 2019 19_05_20_1558350109.jpg


Bakıda yanan "Diqlas" ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.


Femida.az-ın xəbərinə görə, bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.

Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı ONA-ya bildirib ki, hazırda söküntüyə hazırlıq gedir. Binanın söküntüsünə mayın 22-də başlanılacaq.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

Femida.az

Açar sözlər: #Diqlas  

Oxunub: 1012