Ata maşını ilə öz qızını vurub öldürdü - Azərbaycanda DƏHŞƏT


15:15     20 May 2019 tecili_2747656769.jpg

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən “Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Mercedes  

Oxunub: 698