Kanadada meşələr yanır - Sakinlər təxliyə olundu


15:27     20 May 2019 mese%20hirkan%20ark.jpg

Kanadanın qərbindəki Alberta əyalətində meşə yanğınları tüğyan edir.


Femida.az Trend-ə istinadən xəbər verir ki, bölgədə ümumilikdə 25 min hektar ərazini əhatə edən 3 yanğın qeydə alınıb.

Yanğınlarla əlaqədar bölgədə yaşayan əhali təxliyə olunub. Təxliyə olunanların dəqiq sayı açıqlanmır.

Yanğının bir neçə evə zərər vurduğu deyilir. Yanğın nəticəsində xəsarət alanlar olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 484