Bərdədə maşın təmiri sexində PARTLAYIŞ - Xəsarət alanlar var
15:28 20 May 2019
Bərdə rayonunda avtomobil təmiri sexində partlayış olub.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndindəki avtomobil sexində baş verib.
Rayonun Kələntərli kənd sakini, 1970-ci il təvəllüdlü Orucov Habil Bəhlul oğluna məxsus avtomobil sexində yanğınla nəticələnən partlayış olub. Hadisə nəticəsində sexin sahibi və onunla birlikdə həmin sexdə işləyən Alaçadırlı kənd sakini, 1961-ci il təvəllüdlü Qasımov Telman Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətləri ağır olduğundan onlar Bakı şəhərinə, Respublika Yanıq Mərkəzinə göndəriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 654
Oxşar xəbərlər
- Melitopol şəhərində partlayış baş verib
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
- Yəməndə silah anbarında partlayış olub, ölən və yaralananlar var
- “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- Kabildə məbəddə partlayış baş verib
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb