Bakıda "Mercedes" velosipedçini xəstəxanalıq etdi


15:44     20 May 2019 velosipedci.jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsində məscidinin yaxınlığında qeydə alınıb. Belə ki, "Mercedes E-class" markalı avtomobil velosipedçini vurub.

Nəticədə ağır xəsarətlər alan velosipedçini "Mercedes E-class"in sürücüsü xəstəxanaya çatdırıb.

Hazırda yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı "Mercedes E-class" avtomobilinə də ziyan dəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 326