Suriyada külli miqdarda silah-sursat aşkar edildi


18:15     20 May 2019 2019/05/1558355287_1558356119.jpg

Suriyanın cənubunda yerləşən Dəraa vilayətinin Ənhal, Casim və əl-Hərra rayonlarında terrorçulara məxsus olmuş çox sayda silah-sursat aşkar edilib.



Məlumata əsasən, aşkar edilən silah anbarında avtomat, mina, əl qumbaraları, minaatan mərmiləri, tapançalar, tüfənglər, kamikadze kəmərləri, tank əleyhinə qumbaraatan, rabitə avadanlıqları və digər vasitələr olub. Xatırladaq ki, Suriya xüsusi xidmət orqanları mütəmadi olaraq terrorçulardan azad olunan ərazilərdə silah-sursat anbarları aşkar edir.

Femida.az

Açar sözlər: #Suriya  

Oxunub: 381