Azərbaycan buğda idxalını artırıb


18:31     20 May 2019 bugda.jpg

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 117,08 mln. ABŞ dolları dəyərində 518,704 min ton buğda idxal edib.



Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 46,109 mln. dollar (65%), həcm baxımından isə 111,862 min ton (27,5%) çoxdur.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,6%-ni təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 325