Ərdoğan Azərbaycan hərbçilərini izləyəcək


16:52     20 May 2019 19_05_20_1558356784.jpg


Mayın 24-də "Anadolu Ankası-2019" beynəlxalq hərbi təlimlərinin açılış mərasimi olacaq.


Femida.az xəbər verir ki, bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü təlimlərin keçiriləcəyi Konyaya səfər edəcək.

Azərbaycan, İngiltərə, Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan, Rumıniya və Türkiyə nümayəndələrinin qatılacağı təlimin açılışında rəsmi qonaqların iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Femida.az

Açar sözlər: #Ərdoğan  

Oxunub: 332