Azərbaycanda neçə nəfər pensiya alır?
19:11 20 May 2019
Aprelin 1-nə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1293,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,1 faizini təşkil edir. Onların 58,5 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 231,5 manat təşkil edib və orta aylıq əməkhaqqının 40,1 faizinə bərabər olub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli 1515–VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.
Aprelin 1-dək 426,9 min nəfərə sosial müavinətlər təyin edilib. Yaşa görə müavinət alanların sayı 60,5 min nəfər, əlilliyə görə - 169,4 min nəfər, ailə başçısını itirməyə görə - 46,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 68,3 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 54,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Femida.az
Oxunub: 519
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib