Azərbaycanda illik temperatur artıb
19:44 20 May 2019
Respublikanın bütün ərazisində son illərdə illik temperaturların +0,3 C-dən +1,7 C-ə qədər artması müşahidə edilib.
Femida.az xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bunu institutun elmi seminarında çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Sevinc Kazımova deyib.
"Azərbaycanda iqlim dəyişmələrinin çay axımına təsiri" (Böyük Qafqazın timsalında) mövzusunda məruzə edən S.Kazımova Böyük Qafqaz çaylarının əsas hidrometeoroloji göstəricilərini, temperatur və yağıntıların paylanmasında baş verən dəyişiklikləri araşdırıb, ərazi çaylarının illik su sərflərinin statistik parametrlərini müəyyənləşdirib.
Əsas iqlim göstəriciləri olan yağıntı və temperaturları təhlil edən tədqiqatçı bildirib ki, yüksək dağlıq ərazilərdə temperaturların artma qradiyenti daha çoxdur. Yağıntılara gəlincə, çoxillik normaya nisbətən (462 mm) ən çox yağıntı artımı 2016-cı ildə müşahidə edilib ki, fərq 124 mm təşkil edir.
S.Kazımova qeyd edib ki, illik axım modulunun bütün region üzrə hündürlükdən asılı olaraq artması baş verir. Respublikanın Böyük Qafqaz üzrə əksər gursulu və daşqın rejimli çaylarında maksimal illik su sərfi azalmaqla qış minimal axımları artır.
Məruzəçi qeyd edib ki, yerli əhəmiyyətli su anbarlarının sayını artırmaq, relyefdən asılı olaraq damcı suvarmanı həyata keçirmək, sudan optimal istifadə etmək məqsədəuyğundur.
Femida.az
Oxunub: 382
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib