Vaqif Səmədoğlunun yubileyi keçiriləcək
19:50 20 May 2019
Mayın 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçiriləcək.
Teatrın mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, yubiley tədbirində dövlət rəmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak edəcək.
Tədbirdə Vaqif Səmədoğlunun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışılacaq, onun kitablarından ibarət sərgi nümayiş olunacaq.
Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşa oynanılacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edir.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.
Femida.az
Oxunub: 591
Oxşar xəbərlər
- Vaqif Əsədovun təqaüdə göndərilməsi ilə bağlı əmr imzalanıb
- Vaqif Məmişov “Dostluq” ordeni ilə təltif edilib
- Vaqif Əsədov təltif edildi
- Vaqif Əsədov sürücülərə xəbərdarlıq etdi
- Vaqif Əsədov yol polisi ilə sürücünün mübahisəsinə aydınlıq gətirdi
- Vaqif Dərgahlı: “Azərbaycan tankı vurulmayıb”
- Vaqif Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib
- Vaqif Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib
- Vaqif Mustafazadənin doğum günüdür
- Vaqif Mustafayevin filmi İtaliyada