Hesablama Palatası büdcə rəyini parlamentə göndərir
20:56 20 May 2019
Hesablama Palatasının kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda həyata keçirilmiş bir sıra nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə olunub: Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi üzərində inzibatçılığın təşkili vəziyyətinin müəyyənləşdirilməsinə dair; "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi.
Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının rəyi barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin Milli Məclis təqdim edilməsi qərara alınıb.
İclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı tövsiyə və qaydalar təsdiq edilib.
Femida.az
Oxunub: 463
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
- Hesablama Palatası MSK-da pozuntular aşkarlayıb
- Hesablama Palatasının mətbuat katibi dəyişib
- Hesablama Palatasının sədri və əməkdaşları təltif edilib - SİYAHI
- Hesablama Palatası Dünya Bankının aqrar layihəsini qiymətləndirib
- Hesablama Palatasının büdcənin icrası haqqında qanun layihəsinə rəyi Milli Məclisə daxil olub
- Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy verib
- Hesablama Palatasına təyin olunacaq sədr müavini və auditorların adları məlum olub
- Hesablama Palatası “Azərsu”da yoxlama aparıb