Eyfel qülləsinə giriş məhdudlaşdırıldı


21:09     20 May 2019 Eyfel-Kulesi-6.jpg

Bu gün yerli vaxtla saat 15:30-da Parisin Eyfel qülləsinə dırmaşan naməlum şəxsi bu saata qədər oradan düşürmək mümkün olmayıb.

Tarixi tikiliyə dırmaşan şəxs hazırda qüllənin üçüncü mərtəbəsinə çatıb.

Qeyd edək ki, bununla bağlı Eyfel qülləsinə giriş-çıxış dayandırılıb. Qüllənin istismarına məsul olan şirkət SETE bildirib ki, qülləyə dırmaşan şəxs düşürülməyənədək abidə ziyarətçilərin üzünə bağlı qalacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 439