Fuad Abbasov Azərbaycana deportasiya olunacaq


21:56     20 May 2019 19_05_20_1558375593.jpg

Rusiyada blogger və jurnalist kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi gün məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə ONA-ya vəkil Elman Paşayev məlumat verib.

Onun sözlərinə görə, Fuad Abbasovun mayın 28-də Azərbaycana göndərilməsi mümkündür: "Fuad Abbasovun deportasiya olunması haqqında məhkəmə qərarı mayın 26-da qüvvəyə minəcək. Qüvvəyə minəndən sonra isə həftədə iki dəfə miqrantlar ölkələrinə etap olunur. Fuadın Azərbaycana etap olunması da mayın 28-nə düşür. Lakin Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Fuadın etapı tezləşdirilə bilər".

Qeyd edək ki, vəkil bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində Fuad Abbasovla görüşüb.

Açar sözlər:

Oxunub: 391