Baş nazir istefa verdi - Ukraynada


09:13     21 May 2019 19_05_21_1558415655.jpg


Ukraynanın baş naziri Vladimir Qroysman istefa verib.


Femida.az-ın məlumatına görə, nazir bu qərarı barədə bu gün elan edib. Qroysmanın qərarı avtomatik olaraq bütün kabinetin səlahiyyətlərinin yekunlaşması deməkdir.

"Mən hökumətin çərşənbə günü keçirilən iclasından sonra istefa vermək qərarına gəldim", - deyə Qroysman Kiyevdə brifinq zamanı deyib.

O əlavə edib ki, prezident Vladimir Zelenskinin Ukrayna xalqına etdiyi müraciətdə hökumətin istefaya getməli olduğunu dediyindən sonra bu qərarı verib.

Femida.az

Açar sözlər: #Ukrayna   #istefa  

Oxunub: 453