Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI


09:55     21 May 2019 19_05_21_1558419420.jpg


Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.


“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Femida.az-a verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər: #azərsu  

Oxunub: 328