İşgəncələr Əleyhinə Komitə 7 bölgədə monitorinq keçirdi


10:07     21 May 2019 19_05_21_1558419483.jpg


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi ölkənin bəzi rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində növbəti yoxlamalarını keçirib.


Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

Komitə sədri bildirib ki, monitorinq Gəncə şəhər Baş Polis İdarəsinin, Hacıqabul, Şirvan, Kürdəmir, Bərdə, Tərtər və Yevlax rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində keçirilib: "Monitorinq zamanı müvəqqəti saxlanma yerlərində vəziyyət araşdırıldı, təqsirləndirilən və inzibati həbs olunan şəxslərlə görüşdük, onların saxlanma vəziyyəti və yaradılan şəraitlə tanış olduq. Ümumi vəziyyət qənaətbəxş olsa da, bəzi polis şöbələrinin saxlanma yerlərində xırda nöqsanlar aşkarlandı ki, həmin nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələrimizi verdik".

T.Hüseynov deyib ki, monitorinqin məqsədi əsasən müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarıın təmin olunması, onları hüquqları barədə marifləndirmək, polisin saxlanılan şəxsə münasibətini araşdırmaq, müvəqqəti saxlama yerlərinin standarlara uyğun olub olmamasını araşdırmaq və həmin yerlərdə olan nöqsanların aradan qaldırılmasına çalışmaqdır: "Monitorinqlərimiz zamanı bu faktları araşdırıb komitənin hesabatına əlavə edir, bu barədə aidiyyəti qurumlara məlumat göndəririk". / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 262