Bakıda avtomobil yaşlı qadını vurdu - Vəziyyəti ağırdır


10:12     21 May 2019 2018/07/qadin-yasli-qoca_1531136747.jpg

Bakıda 69 yaşlı qadın avtomobil tərəfindən vurulub.


Femida.az Trend-ə istinadən bildirir ki, hadisə ötən axşam saat 16 radələrində, Atatürk prospektində baş verib. Yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Xasməmmədova Ulduzə Molla qızı avtomobil tərəfindən vurulub.

Bel fəqərəsinin sınığı ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilən qadın hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağır qiymətləndirilir.

Femida.az

Açar sözlər: #Qəza  

Oxunub: 317