"Dövlət borcu azalıb" - Samir Şərifov


10:32     21 May 2019 samir%20serifov.jpg

"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".




Femida.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

S. Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".

Femida.az

Açar sözlər:

Oxunub: 425