Tuğ qəsəbəsindən silah-sursat tapıldı


10:33     21 May 2019 2019/05/60563982_406651393514470_2408399342114177024_n_1558420497.jpg

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Tuğ qəsəbəsi ərazisindən 2 ədəd 16 kalibrli, “Toz” markalı ov silahları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #Bərdə  

Oxunub: 269