Şəmkirdə maskalı şəxslər evə basqın edib


10:43     21 May 2019 maskali.PNG


Şəmkirdə evə basqın olub.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Kənd sakini Gülnarə Qasımovanın evinə girən iki maskalı şəxs ev sahibinə zor tətbiq etməklə külli miqdarda pul aparıblar.

Hadisə ilə bağlı Şəmkir rayon Polis Şöbəsinə məlumat verilib.

Daxil olan məlumat əsasında polis şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 479